Miqrasiya Xidmətinin rəisi işgüzar naharda iştirak edib - FOTOLAR
Vüsal Hüseynov ölkəmizin əcnəbilər üçün turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılmasında miqrasiya qaydalarının sadələşdirilməsi, o cümlədən, əcnəbilər üçün Azərbaycanda iş icazəsi və yaşama icazələrinin alınması proseslərində maksimum rahatlığın və məmnunluğun təmin olunması üçün həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
Çıxışının sonunda Vüsal Hüseynov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
ATİB-in İdarə heyətinin sədri Cemal Yangın Azərbaycanda iş adamlarına yaradılan şəraitdən razılığını bildirib. Ölkəmizin iqtisadi, sosial, mədəni inkişafına dəstək olmaqla yanaşı, qarşılıqlı iqtisadi əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Naharda maraq doğuran bir çox məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkilib.
Azvision.az
Teqlər: Miqrasiya Vüsal-Hüseynov ATİB