"Hybrid" maşınlar rüsumdan azad olunacaq?

   "Hybrid" maşınlar rüsumdan azad olunacaq?
  26 Noyabr 2019    Oxunub:4661
"Ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitəsinin mühərrikinin həcminin neçə kubsantimetr olduğunu bilən varmı? Cəmi 1500-2000 kubmetr həcmi var. Onlara görə gömrük rüsumu 600-700-1500 manatdır".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, bir "Lexus"a tətbiq olunan 170 min hara, 1500-2000 manat hara: "Yəni bu nə rüsumdur ki, son dövrlər "Dövlət Gömrük Komitəsi qoymur" deyirlər. Yenə deyirəm ki, komitə icraedici orqandır. Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik. Amma vergitutma bazası baxımından "Hybrid" maşınları minimum həddədir. Olmayan bir şeyin azad olunmasından biz söhbət edirik".

S.Mehdiyev bildirib ki, rüsumların ləğvi Komitənin təklifi ilə reallaşan məsələ deyil: "Biz bir neçə istiqamətdə təklif veririk, müzakirə olunur və geri dönür ki, bu gün bunun zamanı deyil və ya elə bir arqument qarşımıza qoyurlar ki, biz səhv olduğumuzu, digər dövlət qurumlarının dediyinin düz olduğunu görürük".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gömrük   Hyibrid  





Xəbər lenti