3 rayonda yol qəzası - 4 nəfər öldü

  3 rayonda yol qəzası -    4 nəfər öldü
  26 Noyabr 2019    Oxunub:2749
Bakının Qaradağ, Nizami və Binəqədi rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Tovuz rayon sakini Rövşən Cabbarovun idarə etdiyi “Hyundai” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişinlərindən Əminə Zeynalova hadisə yerində ölüblər.

Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı paytaxt sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Binəqədi rayonunun S.S.Axundov küçəsində isə yolu keçən paytaxt sakini Pakizə Axundovanı Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub və piyada ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti