Toya hazırlaşan oğlanı maşın vurub öldürdü - FOTO

  27 Noyabr 2019    Oxunub : 2163
 Toya hazırlaşan oğlanı maşın vurub öldürdü - FOTO
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, rayonun Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub. O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndində avtomobilin mühərriki sönüb, Oruc və digər sərnişin maşını itələməyə başlayıblar. Hava qaranlıq olduğundan arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub.





Azvision.az

Teqlər: Beyləqan   Qəza