Naxçıvanda orta aylıq əməkhaqqı artıb

  27 Noyabr 2019    Oxunub : 1817
 Naxçıvanda orta aylıq əməkhaqqı artıb
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 462,7 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Azvision.az

Teqlər: Naxçıvan   İşçi   İqtisadiyyat   Əməkhaqqı