“Dünyada yeganə Bakı metrosudur ki, iki xətt bir stansiyada birləşir”

“Dünyada yeganə Bakı metrosudur ki, iki xətt bir stansiyada birləşir”
  27 Noyabr 2019    Oxunub:3668
"Metroda sıxlığın azaldılması üçün daim addımlar atılır. Metropoliten hazırda 25 stansiyadan ibarət struktura malikdir. İllik statistikaya baxsaq, son illər metro istifadəçilərinin sayı da artır. Gündəlik sərnişin sayı 800 minə çatır. Bu, metropolitenin hazırki imkanları üçün böyük rəqəmdir".
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda "Həzi Aslanov"-"28 May" istiqamətində 2 dəqiqədən aşağı interval tətbiq etmək mümkün deyil: "Dünyada yeganə "Bakı Metropoliteni"dir ki, "Yaşıl" və "Qırmızı" xətt "28 May" stansiyasında birləşir. İki xətt birləşir və "Həzi Aslanov" stansiyasına qədər bir xətt üzrə hərəkət edir. Əsas problem buradadır. Xətlər ayrılandan sonra problem tam aradan qaldırılacaq. Bunu layihəsi də var. Bununla bərabər yerin altında daha bir mürəkkəb sistem var. Bunlar qatarların hərəkətinə icazə verən sistemlərdir. Onların təkmilləşdirilməsi istiqamətində də işlərə başlanılıb. Bu problemlər aradan qaldırılsa, metropolitendə intervalı dəqiqə yarıma və 2 dəqiqəyə salmaq mümkün olacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Bakı  





Xəbər lenti