"Mən lox deyiləm" - Zelenskinin sitatı olan corablar satışda

 "Mən lox deyiləm"  -  Zelenskinin sitatı olan corablar satışda
  27 Noyabr 2019    Oxunub:5173
Ukraynanın Jitomir şəhərində Prezident Vladimir Zelenskinin sitatı yer alan corablar satışı çıxarılıb.
Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, corabların üzərində Zelenkinin "Mən lox deyiləm " və "Buradan çıx, quldur” ifadələri yazılıb.

Xatırladaq ki, Zelenski “quldur” sözünü rəsmi görüş zamanı Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunkanı zaldan qovarkən işlədib. Söhbət ondan gedir ki, Qodunok daha əvvəl soyğunçuluqda ittiham olunub.

“Mən bu ölkənin Prezidentiyəm, mən lox deyiləm” ifadəsi isə Donbassda millətçilərlə görüşdükdən sonra məşhur olub.

Parlaq yaşıl rəngli corablar yerli istehsalçı tərəfindən hazırlanıb. Əvvəl sınaq üçün cəmi 50 cüt corab istehsalı olunub. Həmin corablar qısa zamanda satılıb və artıq ikinci partiya sifariş olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti