2030-cu ilədək Xırdalana metro çəkilməyəcək

 2030-cu ilədək Xırdalana metro çəkilməyəcək
  27 Noyabr 2019    Oxunub:3613
2030-cu ilə qədər Xırdalan və Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb.

Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"2011-ci ildə təsdiq olunmuş konseptual inkişaf sxemində bu məsələ nəzərdə tutulmayıb. Qeyd olunan proqram 2030-cu ilə qədər olan dövrü əhatə edir. Hal-hazırda Xırdalan və Sumqayıta metro çəkilməsi aktual məsələ deyil", -deyə qurum rəsmisi vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Sumqayıt   Qatar  





Xəbər lenti