Qeyri-rəsmi məşğulluğun qarşısının alınması müzakirə edildi - FOTOLAR

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması müzakirə edildi -  FOTOLAR
  27 Noyabr 2019    Oxunub:3289
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda “Səhiyyə sahəsində əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında tədbir keçirib.
Azvision.az xəbər verir ki, işəgötürənlərin əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı məlumatlandırılması məqsədi daşıyan tədbirdə işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru barədə məlumat verilib. İştirakçılar əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlandırlıb.



Qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirmələrinin vacibliyi vurğulanıb.



Tədbirdə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi və onun “Əmək müqaviləsi bildirişi” alt sisteminə inteqrasiyası ilə bağlı işəgötürənlər məlumatlandırılıb. Bildirilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bu altsistem onlara qısa müddətdə laızm olan işçi qüvəsi ilə təmin edilməyə imkan verir.



İşsiz və işaxtaran vətəndaşlar “Məşğulluq” altsistemi vasitəsilə mövcud vakansiyalar üzrə istənilən vaxt e-qaydada müraciət edə, altsistemdə onlar üçün təklif edilən işlərdən özlərinə uyğun olanı seçə bilərlər.

Tədbirin sonunda iştirakçıların əmək qanunvericiliyi və “Məşğulluq” altsistemi ilə bağlı sualları cavablandırılıb.















Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ƏƏSMN   Tədbir  





Xəbər lenti