Heydər Əliyev Fondu deputatın müalicə xərclərini öz üzərinə götürdü

  27 Noyabr 2019    Oxunub : 8140
Heydər Əliyev Fondu deputatın müalicə xərclərini öz üzərinə götürdü
Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.
Bu barədə Azvision.az -a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

O bildirib ki, bununla bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva göstəriş verib.

"Hazırda Yevda Abramov Mərkəzi Klinik Xəstəxanasındadır. Müalicəsi davam edir. Oğlu Elçin də onun yanındadır. Səhhətində elə bir ciddi problem yoxdur, müalicəsi aparılır".

Qeyd edək ki, bir neçə gün əvvəl Yevda Abramov səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. O, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Xatırladaq ki, milliyətcə yəhudi olan Yevda Abramov 2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. O, daha sonra müalicəsini İsraildə davam etdirib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   YevdaAbramov   VahidƏhmədov