Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verib

  27 Noyabr 2019    Oxunub : 1770
Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verib
Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər.

Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq müvafiq qurumlara zəruri tapşırıqlar verilib:
“Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.

Azvision.az

Teqlər: Prezident   Baş-Nazir