Rusiya nümayəndə heyəti Ali Məhkəmədə olub

Rusiya nümayəndə heyəti Ali Məhkəmədə olub
  27 Noyabr 2019    Oxunub:2890
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin nümayəndə heyəti noyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə R.Rzayev Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyi, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığı qonaqların diqqətinə çatdırılıb.

Söhbət zamanı Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin nümayəndə heyətinin üzvlərini maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi barədə razılığa gəlinib.

Rusiyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.

Azvision.az


Teqlər: Məhkəmə   Rusiya  





Xəbər lenti