Paytaxtda avtobus dayanacağı yenidən qurulub - FOTO

Paytaxtda avtobus dayanacağı yenidən qurulub -    FOTO
  27 Noyabr 2019    Oxunub:2918
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib.
BNA-dan Azvision.az -a verilən məlumata görə, paytaxtın Hənifə Ələsgərov küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməzdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi: avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi, “cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər, dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.

Dəyişiklikdən sonra avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır, piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir, sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyirlər.

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.





Azvision.az



Teqlər: BNA   Avtobus   Dayanacaq  





Xəbər lenti