Almaniyada miqrant işi üzrə məhkəmə - Arif Hacılı ilə bağlı suallar verildi
Azvision.az xəbər verir ki, bu barədə Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu məlumat paylaşıb.
"İki gün öncə Almaniyada bir nəfər Müsavat, həm də AKM üzvünün miqrant işi üzrə məhkəməsi olub. Hakim əsasən Müsavat Partiyası, AKM, onun sədri, üzvləri, vəsiqələri, arayışları haqda suallar verib. Ən çox dirəşdiyi də arayışların neçəyə satılması olub. Adam da AKM-i yıxıb- sürüyüb. Maraqlı suallardan biri bu olub ki, "Arif Hacılı arayışları özü şəxsənmi satır?" Bu da deyib ki, şəxsən satanda görməmişəm, ancaq onun xəbəri olmadan bunu heç kim edə bilməz", - deyə Y.Əkrəmoğlu qeyd edib.
Azvision.az