Nazir zəlzələdə ölənlərin adlarını oxuyarkən ağladı - VİDEO

Nazir zəlzələdə ölənlərin adlarını oxuyarkən ağladı -  VİDEO
  28 Noyabr 2019    Oxunub:2899
Albaniyanın müdafiə naziri Olta Caçka ölkəsində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olan şəxslərin adlarını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.
Azvision.az xəbər verir ki, xanım nazirin videogörüntüsü Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Caçka ölənlərin adlarını oxumağa başlayıb, ancaq siyahının ortasına çatanda göz yaşlarına qərq olub.



"Bu, mənim ən ağır çıxışımdır. Dağıdılmış binaları yenidən qura bilərik, lakin 26 noyabr zəlzələsi zamanı ölən vətəndaşlarımızı həyata qaytara bilmərik", - müdafiə naziri deyib.

Qeyd edək ki, Albaniyada baş vermiş 6.4 bal gücündə zəlzələ nəticəsində indiyədək 32 nəfər ölüb, 658 nəfər yaralanıb. Yeraltı təkanlar paytaxt Tiranada və episentrə ən yaxın olan Durres şəhərində hiss olunub. Bir neçə bina çöküb, insanların hələ də dağıntılar altında qaldığı ehtimal olunur.

Zərərçəkənlər arasında uşaqlar və yaşlı insanlar da var. Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət və matəm elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nazir   Albaniya  





Xəbər lenti