Qaxariya: “Müxalifət bütün dövləti bloklamağa çalışır”

  28 Noyabr 2019    Oxunub : 1387
 Qaxariya: “Müxalifət bütün dövləti bloklamağa çalışır”
“Müxalifətin Tbilisinin mərkəzindəki mitinqinin məqsədi ayrı-ayrı hökumət idarələrini deyil, bütün dövləti bloklamaqdır, lakin hakimiyyət buna imkan verməyəcək”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.

"Son bir neçə gün ərzində aydın oldu ki, məsuliyyətsiz siyasətçilərin bütün bu dağıdıcı hərəkətləri dövlətin işini bloklamağa yönəlib. Bu, ayrı-ayrı institutların yox, dövlətin işini tamamilə əngəlləmək deməkdir. Buna görə də hər birinizi daha diqqətli olmağa çağırıram", - deyə Qaxariya vurğulayıb.

O, əlavə edib ki, dövlət idarələri heç nəyə baxmayaraq, səmərəli işləməlidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qaxariya   Gürcüstan   Müxalifət