“Putinlə Koçaryan arasında dostluq münasibətləri var” - Peskov

  28 Noyabr 2019    Oxunub : 1086
 “Putinlə Koçaryan arasında dostluq münasibətləri var” - Peskov
"Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi Rusiya lideri Vladimir Putinin baş nazir Nikol Paşinyanla münasibətlərinə mane olmur".
Azvision.az xəbər verir ki, bunu Bişkekdə “Sputnik Ermənistan”a Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən bir şeyi deyə bilərəm, İrəvana son səfərində Putin ikinci prezidentin xanımı ilə görüşdü. Münasibətləri davam etdirirlər. Bilirsiniz ki, Putin və ikinci prezident arasında dostluq münasibətləri var", - deyən Peskov bununla belə, Koçaryanın həbsini şərh etməyib.

O qeyd edib ki, hakimiyyət dəyişikliyindən xeyli vaxt keçib və Ermənistan-Rusiya münasibətlərindəki fasilə dolub.

Bundan əlavə, Peskovun sözlərinə görə, Paşinyan tez-tez Rusiya prezidenti ilə görüşür: "İşgüzar, konstruktiv münasibətlər qurulub. Münasibətlər ölkələrimiz arasında olduğu kimi yaxşı inkişaf edir”.

Paşinyanın 2020-ci ildə Moskvaya gözlənilən dövlət səfərinə gəlincə, Peskov bunun üzərində iş aparıldığını söyləyib, vaxtla bağlı isə hər hansı dəqiq tarixin olmadığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Koçaryan