YAP parlamentin buraxılması ilə bağlı təşəbbüs irəli sürdü

YAP parlamentin buraxılması ilə bağlı təşəbbüs irəli sürdü
  28 Noyabr 2019    Oxunub:13225
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası keçirilib.

Azvision.az-ın məlumatına görə, iclasda hakim partiyanın Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub və bununla bağlı qərar qəbul edilib.
Siyasi Şura belə bir qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini bəyan edib.

Azvision.az



Teqlər: YAP   Milli-Məclis  





Xəbər lenti