Bu küçədə hərəkət məhdudlaşdırılacaq

  28 Noyabr 2019    Oxunub : 883
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti 29 noyabr tarixindən etibarən qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az

Teqlər: Yol   Təmir