Əli Əhmədov mətbuat konfransı keçirdi - VİDEO (Yenilənib)

Əli Əhmədov mətbuat konfransı keçirdi -    VİDEO (Yenilənib)
  28 Noyabr 2019    Oxunub:7121
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib.
Azvision.az-ın məlumatına görə, Ə.Əhmədov bildirib ki, YAP Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Onun sözlərinə görə, partiya üzvləri bu qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu baxımdan, YAP-ın Siyasi Şurası islahatların Milli Məclisi də əhatə etməsini məqsədəuyğun hesab ediblər.



"Prezident İlham Əliyevin apardığı islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahələri əhatə edir və dövlətimizin daha da inkişafına hesablanıb. 2019-cu ildə dövlətimizin başçısının sərəncamları ilə böyük sosial addımlar atılıb. Aparılan islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə edir. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qərara gəliblər ki, bu gün Siyasi Şuranın iclasında üzvlərin əksəriyyətinin iradəsini ifadə edərək, yekdil mövqe nümayiş etdirərək, parlamentin də yenilənməsi Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olacaq. Bu gün partiyanın da geniş şəkildə təmsil olunduğu parlamentin buraxılması xahişi ilə dövlətimizin başçısına müraciət olunması barədə qərar qəbul edib", - deyə Ə.Əhmədov vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti