Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən dəstə tutuldu

Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən dəstə tutuldu
  28 Noyabr 2019    Oxunub:1548
Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində dörd nəfərin həmin obyektin icarədarı olan əcnəbi vətəndaşın içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu polis bölməsinə müraciət daxil olub. Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu cinayət əməlini törədən şəxslər polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan üç yeniyetmə 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti