Bahar Muradova: "Hər birimizə xeyirli-uğurlu olsun"

  Bahar Muradova:  "Hər birimizə xeyirli-uğurlu olsun"
  28 Noyabr 2019    Oxunub:3157
Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq ölkə gündəmini, dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

O qeyd edib ki, bu qərar növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla Parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfədir.

"Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Bu başlanğıcın da Azərbaycana və hamımıza faydalı olacağına dərin inamımı ifadə edərək hər birimizə xeyirli-uğurlu olsun, deyirəm"

Azvision.az


Teqlər: Parlament   Seçki   Bahar-Muradova   YAP  





Xəbər lenti