Bakı-Pirşağı elektrik qatarı işə düşür - CƏDVƏL

  28 Noyabr 2019    Oxunub : 3630
Bakı-Pirşağı elektrik qatarı işə düşür - CƏDVƏL
Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum olub.
"Azərabaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Azvision.az-a verilən məlumata görə, elektrik qatarları dekabr ayının 2-sindən fəaliyyətə başlayacaq. Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.




Azvision.az

Teqlər: ADY   Qatar