Azərbaycan komandası İsrailin Gülüş Liqasının qalibi olub

Azərbaycan komandası İsrailin Gülüş Liqasının qalibi olub
  28 Noyabr 2019    Oxunub:1532
Azərbaycan komandası İsrailin Gülüş Liqasının qalibi olub.
Azvision.az xəbər verir ki, Azərbaycanın “Как По Маслу” komandası Aşdod şəhərində keçirilən İsrail Gülüş Liqasının ikinci mövsümünün qalibi olub.

Bu, Azərbaycanın Gülüş Liqasının beynəlxalq layihəsindəki ilk böyük uğurudur.

Qeyd edək ki, “Как по маслу” komandası bir il əvvəl Ukraynanın ən reytinqli “1 + 1” kanalında Gülüş Liqası yumor şousunda səyahətə başlayıb, bu layihədə ilk ölkə təmsilçisi olub və bu gün ölkəmizi beynəlxalq yumor arenasında təmsil edən Azərbaycan komandasıdır.

Komandanın kapitanı Cavid Şahbazbəyov, üzvləri Səməndər Rzayev, Qalib Musayev, Emil Dalivalov, Tamerlan Nağıyev, Elmir Orucov, Valeh Dayanovdur.

Azvision.az



Teqlər:





Xəbər lenti