Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək

  28 Noyabr 2019    Oxunub : 952
Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək
Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az

Teqlər: VilayətEyvazov