Sabah yeni Ombudsman məlum olacaq

  Sabah yeni Ombudsman məlum olacaq
  29 Noyabr 2019    Oxunub:9143
Sabah Azərbaycanın yeni Ombudsmanı seçiləcək.

Azvision.az -ın məlumatına görə, Milli Məclisin noyabrın 29-na təyin edilən plenar iclasının gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ daxil edilib.
Parlamentdə deputatların səsverməsi nəticəsində yeni Ombudsmanın kimliyi məlum olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili olan Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb

Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti