Azay Quliyev parlamentin buraxılması təşəbbüsünü dəstəklədi

  28 Noyabr 2019    Oxunub : 1229
Azay Quliyev parlamentin buraxılması təşəbbüsünü dəstəklədi
Milli Məclisdə bitərəf millət vəkili kimi təmsil olunan Azay Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı təşəbbüsünə münasibət bildirib.
Azvision.az xəbər verir ki, A.Quliyev "Twitter"də YAP-ın təşəbbüsünə dəstəyini ifadə edib:

“V çağırış Milli Məclisin buraxılmasına dair Yeni Azərbaycan Partiyasının təşəbbüsü cənab Prezidentin müəllifi olduğu islahatlar kursunun ölkəmizin qanunverici orqanında da dərinləşməsinə və günümüzün çağırışlarına uyğun olaraq yenilənmiş Parlamentin formalaşmasına yardım edəcək”.



Azvision.az

Teqlər: Azay-Quliyev