Bakıda bir ailənin 4 üzvü yağdan zəhərləndi

  29 Noyabr 2019    Oxunub : 1553
Bakıda bir ailənin 4 üzvü yağdan zəhərləndi
Bakı şəhərinin Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bir ailənin 4 üzvünün zəhərlənməsi barədə çağırış Təcili Yardım Xidmətinə saat 22:27-də daxil olub.
Məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.

Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Azvision.az

Teqlər: Zəhərlənmə   Bakı   Nazirlik