Oğurluğa görə tutuldu, üstündən narkotik çıxdı - FOTO

  29 Noyabr 2019    Oxunub : 1265
Oğurluğa görə tutuldu, üstündən narkotik çıxdı - FOTO
Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, rayonun Hindarx qəsəbə sakini Məhərrəm Məmmədov Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus evdən 2000 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib,

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı məlum olub.ki, Hindarx qəsəbə sakinləri Tağıyev Xaliq və tanışı İsmayılov Ruslan qabaqcadan əlbir olaraq oğurluq hadisəsini törədiblər. Onlar saxlanılaraq Poliş Şöbəsinə gətiriliblər. X.Tağıyevin üzərinə baxış zamanı narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.



Azvision.az

Teqlər: Ağcabəi   Oğurluq   Cinayət