Bəzi bağçalarda nöqsanlar aşkarlanıb

  29 Noyabr 2019    Oxunub : 1847
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır. Qeyd edilən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, BŞİH Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib. Daha sonra müşavirədə uşaqbağçalarında sanitar-epidimioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.

Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilən nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.

Toplantıda aşkarlanıb nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qıza müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.

Azvision.az

Teqlər: BŞİH   Bağça