“Turistləri ölkəyə cəlb etməklə iş bitmir” - Fuad Nağıyev

“Turistləri ölkəyə cəlb etməklə iş bitmir” -   Fuad Nağıyev
  29 Noyabr 2019    Oxunub:3118
2019-cu ilin 10 ayında 2,7 milyon xarici vətəndaş Azərbaycana səfər edib. Bu il ərzində Çin və Hindistandan da ölkəmizə xeyli turist gəlib.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir.
"Amma turistləri ölkəyə cəlb etməklə iş bitmir, gələn turistləri ölkəmizə yenidən qayıtmağa vadar etməyə çalışmalıyıq. Ötən il turizm sənayesi üçün çox yadda qalan olub. Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir", - deyə Agentlik sədri bildirib.

F.Nağıyev əlavə edib ki, uğurlar olsa da, görüləcək işlər hələ çoxdur: "Sağlam rəqabət mühitinin formalaşdırılmasının tərəfdarıyıq. Optimal qiymətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm   Fuad-Nağıyev  





Xəbər lenti