Turizm Bürosu: “Qarşıda görüləcək çox iş var”

   Turizm Bürosu:    “Qarşıda görüləcək çox iş var”
  29 Noyabr 2019    Oxunub:2904
Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyətini artırmaq və ölkəyə səfər edən turistləri dünya standartlarına uyğun xidmətlərlə təmin etmək əsas məqsədlərdəndir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, bunun üçün yeni yaradılmış Destinasiya Menecment Təşkilatının vasitəsilə hotellər, hava yolları şirkətləri, tur operatorlar, turizm bələdçiləri və s. özündə birləşdirən turizm sənayesi şəbəkəsi ilə yaxından əməkdaşlıq etmək lazımdır.

F.Zenqstşmit bildirib ki, kadrların hazırlanması üçün regionlarda turizm təhsili sahəsinə sərmayələr yatırılmalıdır:

"Azərbaycanda turizmin inkişafı əsas prioritetimizdir. Turizmin gələcəyi məhz yeni texnologiyalara əsaslanır. Azərbaycan da qlobal çağırışlarla ayaqlaşmalıdır. Təbii ki, yolumuzda müəyyən çətinliklər olacaq. Amma bu yolu birlikdə getdiyimiz zaman uğurlarımız olacaq. Məqsədimizə çatmaqda vasitəçi olan tərəfdaşlarımızın və digər əlaqədar tərəflərin dəstəyi olmadan uğurlar əlçatmaz olar. Qarşıda görüləcək çox iş var".

F.Zenqstşmit turizm xidmətlərinin səviyyəsinin yenilənməsini də vacib sayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti