Ağcabədidə dəhşətli qəza - İki nəfər yanaraq öldü

 Ağcabədidə dəhşətli qəza -  İki nəfər yanaraq öldü
  29 Noyabr 2019    Oxunub:3417
Ağcabədi rayonunun Avşar kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti