Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb

  29 Noyabr 2019    Oxunub : 699
Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb
Bakıda əcnəbi vətəndaşı qarət edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da əcnəbi vətəndaş A.Prasolovun 2000 manatını bank hesabından çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəsrəddinov saxlanılıb.

Faktla bağlı araşdırm aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq