Palçıq vulkanı ərazisində turizm kompleksi yaradılacaq

 Palçıq vulkanı ərazisində turizm kompleksi yaradılacaq
  29 Noyabr 2019    Oxunub:1929
Gələn ildən etibarən Qobustan rayonunda yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:" Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək".

K.Qasımov bildirib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə hökm sürür: "Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti