Yeni Ombudsman kimdir? - DOSYE

  29 Noyabr 2019    Oxunub : 19269
 Yeni Ombudsman kimdir? - DOSYE
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Azvision.az xəbər verir ki, S.Əliyeva 06.10.1980-ci il tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. İxtisasca hüquqşünas olan S.Əliyeva hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.

S.Əliyeva 2004-cü ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq əlaqələr və konstitusiya nəzarətinin xarici təcrübəsinin ümumiləşdirilməsi şöbəsində müfəttiş-kargüzar, daha sonra böyük mütəxəssis vəzifəsində işləyib.

2010-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında Aparat rəhbərinin köməkçisi olub. 2013-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

3-cü dərəcəli dövlət müşaviri olan S.Əliyeva heç bir siyasi partiyanın üzvü deyil. Ombudsman seçilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Ombudsman