Səbinə Əliyeva Milli Məclisdə and içdi

 Səbinə Əliyeva Milli Məclisdə and içdi
  29 Noyabr 2019    Oxunub:7997
Azərbaycanın yeni Ombudsmanı Səbinə Əliyeva müstəqil və tərəfsiz fəaliyyət göstərəcəyinə dair Milli Məclisdə and içib.
Azvision.az xəbər verir ki, yeni Ombudsman onun namizədliyini təqdim etdiyinə görə, Prezident İlham Əliyevə, namizədliyini dəstəkləyən millət vəkillərinə təşəkkür edib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Milli-Məclis   Ombudsman  





Xəbər lenti