Yeni Ombudsman əsas prioritetlərini açıqladı

  29 Noyabr 2019    Oxunub : 3138
 Yeni Ombudsman əsas prioritetlərini açıqladı
“Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın yeni seçilən Ombudsmanı Səbinə Əliyeva Milli Məclisdə andiçməsi zamanı çıxışında deyib.

O qeyd edib ki, bu baxımdan vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilin işinin prioritet istiqaməti olaraq qalmaqdadır:

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Ombudsman