Gömrükdə 1 tondan çox narkotik aşkar edilib

Gömrükdə 1 tondan çox narkotik aşkar edilib
  29 Noyabr 2019    Oxunub:2940
"Bu il gömrükdə 11922 hüquqpozma faktı aşkar olunub. Onların 758-i gömrük sahəsində cinayətlərlə bağlıdır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.

Onun sözlərinə görə, aşkar edilən 350 fakt narkotik qaçaqmalçılığı ilə bağlıdır: "Bu il 1 ton 21 kiloqram narkotik tutulub. Onun 893,3 kiloqramı heroin, 30,6 kiloqramı tiryək və digər narkotik vasitələrdir. Aşkar edilən heroinin 97-98 faizinin Avropaya daşınması nəzərdə tutulub".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti