Aviaşirkətlərə subsidiya verilməsi təklif olundu

Aviaşirkətlərə subsidiya verilməsi təklif olundu
  29 Noyabr 2019    Oxunub:1756
Turistlər tərəfindən edilən şikayətlər arasında hava yolları biletlərinin kifayət qədər bahalı olması mühüm amillərdən biri kimi tərəfimizdən müzakirə olunur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.Onun sözlərinə görə, qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır.

"AZAL-dan başqa digər aviaşirkətlərin cəlbedici turizm rayonlarına getməsi üçün onlar mütləq dərəcədə subsidiyalara cəlb edilməlidir. Bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, onları rayonlara yönləndirmək çətin olacaq. AZAL-ın xidmətlərini unutmaq olmaz. Amma daha aşağı büdcəli digər aviaşirkətləri cəlb etmək önəmlidir. Bu da gələcəkdə sərnişinlərin ölkəyə gəlməsini sürətləndirəcək".

F.Zenqstşmid turizmin inkişafı ilə bağlı yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmlərinin müzakirə olunduğunu vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti