“Məcbur olub Əməliyyat-İstintaq Baş İdarəsini yaratdıq” - DGK rəsmisi

 “Məcbur olub Əməliyyat-İstintaq Baş İdarəsini yaratdıq” -    DGK rəsmisi
  29 Noyabr 2019    Oxunub:5486
"Əvvəllər Dövlət Gömrük Komitəsinin əməliyyat-istintaq idarəsi yox idi. Biz bütün aşkar edilmiş faktların sonrakı istintaqını aparmaq üçün aidiyyatı orqanlara göndərirdik. Sonradan məlum oldu ki, aidiyyatı orqanlar bu işin spesifikasını bilmir. Çünki gömrük işinin öz xüsusiyyətləri var".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı jurnalistlər üçün keçirilən təlimdə deyib.

G.Muradlı bildirib ki, gömrük sahəsini bilmədən həmin işi tam, şəffaf, obyektiv, hərtərəfli aşardırmaq və ona hüquqi qiymət vermək qeyri-mümkündür: "Həmin orqanlara göndərilən işlərin çoxu hüquqi qiymətini tapmamışdı. Ona görə məcbur olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsini yaratdıq. Gömrük işindən xəbəri olan, bu sahədə təcrübəsi olan şəxslər daha yaxşı nəticə əldə edib, işə hüquqi-qiymət verə bilirlər".

Qeyd edək ki, bu yaxınlarda Milli Məclisin plenar iclasında deputatların bir neçəsi Azərbaycanda hər qurumun ayrıca istintaq idarəsinin olmasından narazılığını ifadə etmişdi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti