Azərbaycan Albaniyaya humanitar yardım ayırdı

   Azərbaycan Albaniyaya humanitar yardım ayırdı
  29 Noyabr 2019    Oxunub:2504
Nazirlər Kabineti Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla cari il noyabrın 26-da Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Azvision.az



Teqlər: Albaniya  





Xəbər lenti