Ruslar Azərbaycana daxili pasportla gələ biləcəklər

   Ruslar Azərbaycana daxili pasportla gələ biləcəklər
  29 Noyabr 2019    Oxunub:3234
Rusiyanın bəzi vətəndaşları Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilərlər.
Azvision.az -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bu təkliflə Rusiyada keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib:

"Rusiyanın bəzi regionlarında yaşayan Rusiya vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif etmişəm. Bizim turizm münasibətlərimiz yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə əlaqələrin inkişafına yönəlib. Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinləri özlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır".

F.Nağıyev bildirib ki, bu il ərzində Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 7,7 faiz, Rusiyadan Azərbaycana gələnlərin sayı isə 6,1 faiz artıb: "Dinamika müsbət olsa da, biz bu göstəriciləri kiçik hesab edirik. Bu istiqamətdə işlərimizi davam etdirməliyik".

F.Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyi vizaların sadələşdirilməsi və bəzi ölkələrlə vizaların olmamasında maraqlıdır: "Bizim marağımızdadır ki, vizaların verilməsi proseduru sadələşdirilsin. Turizmin inkişafı ilə bağlı agentlik tərəfindən təklif edilən məsələlər çoxdur".

O, əlavə edib ki, hazırda Azərbaycanda elektron vizaların verilməsi uğurla tətbiq edilir. Bu mənada, elektron vizaların olması ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradır.

Aytən Zəhra
Azvision.az




Teqlər: Turizm  





Xəbər lenti