Dövlət Neft Fondunun yeni icraçı direktoru - DOSYE
Azvision.az xəbər verir ki, İsrafil Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 -1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.
İ.Məmmədov 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini icra edib. 2008-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin olunub.
İsrafil Məmmədov ingilis, ərəb, rus dillərini bilir. Evlidir, üç övladı var.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Neft-Fondu İsrafil-Məmmədov