Dövlət Neft Fondunun yeni icraçı direktoru - DOSYE

  29 Noyabr 2019    Oxunub : 17827
 Dövlət Neft Fondunun yeni icraçı direktoru - DOSYE
Bu gün İsrafil Məmmədov Dövlət Neft Fondunun icraçı direktoru təyin edilib. Bu münasibətlə Prezident İlham Əliyev onu qəbul edib.

Azvision.az xəbər verir ki, İsrafil Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 -1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.
1995 -1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində, 1996-2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində çalışıb.

İ.Məmmədov 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini icra edib. 2008-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin olunub.

İsrafil Məmmədov ingilis, ərəb, rus dillərini bilir. Evlidir, üç övladı var.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Neft-Fondu   İsrafil-Məmmədov