Fuad Muradov İlyas Umaxanovla görüşüb

  29 Noyabr 2019    Oxunub : 1066
Fuad Muradov İlyas Umaxanovla görüşüb
Rusiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüşdə İ.Umaxanov bildirib ki, bu cür görüşlər iki ölkə arasında əlaqələrin dinamik inkişafından xəbər verir: "Həm Rusiyada, həm də Azərbaycanda icmalar üçün hərtərəfli şərait yaradılmalıdır".

Öz növbəsində, F.Muradov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladıb, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Komitə sədri Rusiya Federasiyasında azərbaycanlıların bütün sahələrdə təmsil olunduğunu qeyd edərək Azərbaycan diasporunun üzləşdiyi problemlərdən də söhbət açıb.

Azvision.az

Teqlər: Diaspora