Komitə sədri Abşeronda qəbul keçirəcək

Komitə sədri Abşeronda qəbul keçirəcək
  29 Noyabr 2019    Oxunub:1520
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azvision.az -a daxil olan məlumata görə, Dövlət Komitəsinin sədri Hicran Hüseynova dekabrın 5-də saat 11:00-da Abşeron rayonu Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivindəki Mədəniyyət evində vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda Abşeron, Zəngilan, Sumqayıt, Qubadlı, Şuşa rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətləri dinləniləcək, eləcə də, vətəndaşların ərizə, təklif və tövsiyələri nəzərə alınacaq.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Abşeron rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

Azvision.az


Teqlər: Qəbul  





Xəbər lenti