Çaylarda sululuq səviyyəsi dəyişib
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 104 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla normanın 116 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 337 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 151 santimetr olub. Salyanda suyun səviyyəsi 2 santimetr azalaraq 83 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb və 137 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 47 santimetr olub.
Azvision.az