PA-da yeni şöbələr yaradıldı

  29 Noyabr 2019    Oxunub : 2850
 PA-da yeni şöbələr yaradıldı
Prezident Administrasiyasında yeni şöbələr yaradılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Prezident Administrasiyasının yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Ədalət Vəliyev şöbənin müdiri təyin edilib.

Eyni zamanda, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi və Humanitar siyasət məsələləri şöbəsinin əsasında yeni Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb. Fərəh Əliyeva şöbəyə müdir təyin olunub.

Azvision.az

Teqlər: PA