“Tokayev Bakı ilə əlaqələrin inkişafına mühün əhəmiyyət verir” - Səfir

  29 Noyabr 2019    Oxunub : 1895
 “Tokayev Bakı ilə əlaqələrin inkişafına mühün əhəmiyyət verir” - Səfir
Qazaxıstanın Bakıdakı səfirliyində bu ölkənin Birinci Prezidenti günü münasibətilə tədbir keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, bu gün 2012-ci ildən başlayaraq qeyd edilir.

Diplomat vurğulayıb ki, Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin atası, görkəmli dövlət xadimi, böyük islahatçıdır. Onun müəllifi olduğu geniş iqtisadi islahatlar Qazaxıstanı böyük inkişaf yoluna çıxarıb.

"Bu gün onun strateji kursu Prezident Kassım-Jomarat Tokayev tərəfindən davam etdirilir. İqtisadiyyatın diversifikasiyası uğurla həyata keçirilir".

Səfir deyib ki, birinci Prezidentin adını daşıyan paytaxt Nur-Sultanda bu gün azərbaycanlılar da daxil olmaqla, 170 millətin nümayəndəsi yaşayır. Qazaxıstanda böyük Azərbaycan diasporu var və onlar cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Azərbaycanla əlaqələrə toxunan səfir vurğulayıb ki, ölkələrimizi dərin köklərə malik dostluq, oxşar mədəniyyət birləşdirir. Strateji tərəfdaşlığımızın əsasını Ulu Öndər Heydər Əliyev və Nursaltan Nazarbayev qoyub.

"Bu gün həmin əlaqələr Prezident İlham Əliyev və Tokayev tərəfindən uğurla davam etdirilir. Cənab Tokayev Bakı ilə əlaqələrin inkişafına mühün əhəmiyyət verir. İqtisadi-ticari əlaqələrimizin həcmi hər il artır".

Qeyd edilib ki, Stalin repressiyası zamanı Qazaxıstan azərbaycanlıların evinə çevrilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan   Səfir